16.06.2025, 20:23
AZ EN
13.06.2024, 12:59 344

Laçında əhali üçün kardioloji müayinələr təşkil edilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyunun 12-də nazirliyin akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) həkim briqadası Laçın şəhərində əhali üçün kardioloji müayinələr keçirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində nazirlik tərəfindən davamlı şəkildə təşkil olunan tədbirlər zamanı vətəndaşlar arasında müxtəlif tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalar keçirilir.

Tədbirin əsas məqsədi vətəndaşların ürək-damar sistemi xəstəliklərinin qarşısının alınması, miokard infarktı riskinin erkən aşkarlanması və müalicələrin təyin edilməsidir.

Aksiya çərçivəsində institutun kardioloq, nevropatoloq, endokrinoloq, tibb bacısı və laboratoriya üzrə mütəxəssislərindən ibarət briqadası əhaliyə tibbi baxış aparıb, ExoKQ, EKQ müayinələri keçirib. Eyni zamanda, qanda şəkər, ekspres üsulla xolesterinin səviyyəsi müəyyənləşdirilib. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhət verilib və müvafiq müalicələr təyin olunub.

Ümumiyyətlə, aksiya zamanı 200-dən çox vətəndaş müayinələrdən keçirilib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR