Cəbrayıl şəhərində sakinlərin iştirakı ilə iməcilik keçirilib. Yazın gəlişi ilə əlaqədar "Çinar" kəhrizinin ətrafında və yaşayış binalarının ərazisində aparılan təmizlik işləri zamanı ağaclar budanıb, tullantılar toplanıb, digər yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Aksiyada ərazidə fəaliyyət göstərən yerli qurumların əməkdaşları ilə bərabər, akademik Mehdi Mehdizadə adına tam orta məktəbin müəllim və şagird heyəti də iştirak edib. (AZƏRTAC)