27.04.2026, 15:42
AZ EN
27.04.2026, 12:28 26

Siyavuş Novruzov: "Azad edilmiş ərazilərdə bərpa işləri dünya üçün model ola bilər"

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işləri dünya üçün model ola bilər.

Bunu deputat Siyavuş Novruzov Milli Məclisin yaz sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda olan ictimai-siyasi sabitlik ölkəni bütün beynəlxalq tədbirlərin keçirildiyi istiqamətə çevirib: "Buna nümunə olaraq dinlərarası, mədəniyyətlərarası, ekologiya və digər sahələrlə bağlı beynəlxalq tədbirləri göstərmək olar. Bu sahədə Azərbaycan BMT ilə çox yaxından əməkdaşlıq edir".

​Deputat qeyd edib ki, Azərbaycan yeni nümunəvi şəhərlərin, o cümlədən "ağıllı şəhər və kəndlər"in salınması məsələsində nümunəvi ölkədir: "Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) vasitəsilə digər ölkələr də həm Azərbaycan, həm də digər dövlətlərin şəhərsalma ilə bağlı nümunələrindən istifadə edə bilər".

S.Novruzov vurğulayıb ki, Azərbaycan heç kəsə arxalanmadan öz ərazilərini bərpa edib və vətəndaşlarının azad edilmiş ərazilərdə ən yüksək səviyyədə yaşamasını təmin edir. (Report)

Oxşar xəbərlər