Bu fikirləri Çex Respublikasının Azərbaycandakı səfiri Milan Sedlaçek ölkəsinin dövlətçilik günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda səsləndirib.
Diplomat müxtəlif sahələrdə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, yüksəksəviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər əlaqələrimizin genişlənməsində xüsusi rol oynayır.
“Çexiya və Azərbaycan həm də yaxşı ticarət tərəfdaşlarıdır. Əlaqələrimizin dərinləşdirilməsi üçün böyük potensial vardır. Yüksək səviyyədə qarşılıqlı səfərlər, diplomatik və parlamentlərarası əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığımız münasibətlərimizin yüksək tempdə irəliləməsinə şərait yaradır. Birgə səylərimizlə ölkələrimiz arasında dostluq, tərəfdaşlıq əlaqələri bundan sonra da inkişaf etdiriləcək”, - deyə Milan Sedlaçek vurğulayıb. (AZERTAC)