Bunu Tərtər şəhərindəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn edilən və Birinci Qarabağ Müharibəsində itkin düşmüş hesab olunan Niyaz İlyas oğlu Novruzovun qardaşı Niyazi Novruzov bildirib.
N.Novruzov ölkə başçısına qardaşının nəşinin tapılması üçün aidiyyəti üzrə verdiyi tapşırıqlara görə minnətdarlığını ifadə edib.
"Qardaşım 1993-cü ildə kəşfiyyata getmişdi. Sonra ondan xəbər tuta bilmədik. Deyilənə görə, düşmən snayperinin gülləsinə tuş gələrək şəhid olub. Onun nəşinin harda olduğundan xəbərsiz idik. İtkin düşəndə 22 yaşı vardı, onun şəhid olduğunu bilirdik, amma illərdir nəşinin gətirilməsini gözləyirdik", - şəhid qardaşı deyib.
Qeyd edək ki, Niyaz İlyas oğlu Novruzov 1970-ci il sentyabrın 23-də Goranboy rayonunun Veyisli kəndində anadan olub. O, 1992-ci il noyabrın 17-də Ağdərə rayonunun Dovşanlı (Vəng) kəndindəki "Qızılqaya" yüksəkliyi istiqamətində itkin düşüb.
N.Novruzov bu gün Veyisli kənd qəbiristanlığında dəfn olunub.(Report)