19.10.2024, 09:19
AZ EN
24.08.2023, 17:38 199

XİN rəhbəri: Azərbaycan və Ermənistan arasında real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir

XƏBƏRLƏR
  • Hazırki dövrdə, işğal faktına son qoyulduqdan sonra Azərbaycan və Ermənistan arasında qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət əsasında sözdə yox, real danışıqlarda prosesin irəliləməsi önəm kəsb edir.

Bu barədə Azərbaycan XİN başçısı Ceyhun Bayramov Belçikanın xarici işlər naziri Hadja Lahbibi ilə birgə keçirilən mətbuat brifinqində deyib.

“ Azərbaycan bu istiqamətdə önəmli addımlar atır. 30 ilə yaxın müddət ərzində iki ölkə arasında delimitasiyaya başlamaq mümkün olmayıb. Buna da səbəb Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması olub”,- deyə nazir əlavə edib. (Trend)

Oxşar xəbərlər