20.11.2025, 05:00
AZ EN
03.11.2025, 17:41 125

İrəvandan İlham Əliyevin bəyanatına reaksiya

XƏBƏRLƏR
  • Azərbaycanlıların tarixi ata-baba yurduna - Ermənistana qayıdışı ilə bağlı Prezident İlham Əliyevin açıqlamasına İrəvanın reaksiyası özünü çox gözlətməyib.

"Vətən səsi" xəbər verir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbəti zamanı Azərbaycan Prezidenti İlham Əliyevin bu günkü bəyanatına münasibət bildirib. O, deyib ki, Azərbaycan prezidentinin səsləndirdiyi bəyanatda Ermənistanı narahat edəcək hər hansı fikirlər yoxdur: "Bunda heç bir təhlükə görmürəm, Prezident İlham Əliyev söyləyir ki, maşınlarla geri dönməliyik, tanklarla yox. Yəni deyir ki, məsələ müharibə ilə həll olunmayacaq. Biz də Qarabağ sakinlərinin (Azərbaycanın Qarabağ bölgəsini

Xatırladaq ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı Qərbi azərbaycanılılar doğma yurd-yuvasına qayıdışından danışarkən belə bir bəyanat səsləndirib: "Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq".

Elxan SALAHOV

Oxşar xəbərlər