01.04.2026, 14:32
AZ EN
01.04.2026, 12:39 147

Leyla Məmmədova Laçında öz biznesini qurub və böyük qürurla işini davam etdirir

ŞƏRQİ ZƏNGƏZUR
  • Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr çərçivəsində vətəndaşların rifahının yüksəldilməsi, xüsusilə işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Bu prosesdə dövlət qurumlarının göstərdiyi dəstək xidmətləri sakinlərin məşğulluğunun təmin olunmasında xüsusi rol oynayır.

Dövlət Məşğulluq Agentliyi Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan sakinlərimizə müxtəlif dəstək xidmətləri göstərməkdə davam edir.

Agentliyə müraciət edən və özünüməşğulluq proqramından yararlanan şəxslərdən biri də Leyla Məmmədovadır.

O, bu gün doğma yurdu Laçında “Kiçik dərzi sexi” zərfi üzrə öz biznesini qurub və böyük qürurla işini davam etdirir.

Leyla Məmmədovanın uğur hekayəsi dövlət dəstəyinin real nəticələrini əks etdirməklə yanaşı, digər vətəndaşlar üçün də motivasiya mənbəyidir. Bu kimi təşəbbüslər regionların iqtisadi dirçəlişinə töhfə verməklə yanaşı, insanların öz doğma torpaqlarında firavan həyat qurmasına geniş imkanlar yaradır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər