11.07.2025, 14:39
AZ EN
23.05.2025, 08:55 287

Fuad Bədəlov Laçın rayonunda yerləşən məktəbəqədər təhsil müəssisələrində olublar

ŞƏRQİ ZƏNGƏZUR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov və idarə əməkdaşları Laçın rayonunun Zabux kəndində yerləşən Zabux kənd körpələr evi-uşaq bağçası və Sus kəndində yerləşən Sus kənd körpələr evi-uşaq bağçasında olublar.

İdarə müdiri və əməkdaşlar bağçalarda uşaqlar üçün yaradılan öyrənmə və inkişaf mühitini, uşaqların məşğul olduğu müxtəlif təlim və oyun fəaliyyətlərini yaxından izləyiblər. Həmçinin müəssisələrin maddi-texniki təminatı, sanitariya-gigiyena vəziyyəti ilə tanış olublar.

Eyni zamanda idarə müdiri məktəbəqədər təhsil müəssisələrinin pedaqoji və texniki heyəti ilə söhbətlər aparıb, onların təklif və fikirlərini dinləyib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər