Tədbirdə natiqlər Tacir Səmiminin Azərbaycan aşıq poeziyasının araşdırılması və təbliği sahəsində uzunmüddətli fəaliyyətindən və elmi yaradıcılığının milli-mənəvi dəyərlərin qorunmasında xüsusi rolundan danışıblar. Çıxış edənlər yubilyarın apardığı tədqiqatların aşıq sənətinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Tədbirdə müəllifin “Sözüm-söhbətim Ağbaba” kitabının məzmunu və folklorşünaslıq baxımından əhəmiyyəti barədə məlumat verilib.
Sonda müəllifə Azərbaycan aşıq poeziyasının inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə və 70 illik yubileyi münasibətilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin fəxri diplomu təqdim olunub.
Hazırladı: Mina RƏŞİD