01.04.2026, 13:11
AZ EN
01.04.2026, 11:31 203

Paşinyana hücum cəhdində Rusiya izi...

XƏBƏRLƏR
  • Son vaxtlar Ermənistanın müxtəlif regionlarında müntəzəm olaraq istimai nəqliyyat vasitələrindən istifadə etməklə tez-tez əhali arasında görünüən Baş naziri Nikol Paşinyana qarşı hücuma cəhd olub. Bununla bağlı açılmış cinayət işi çərçivəsində üç şəxsə qarşı rəsmi ittiham irəli sürülüb.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin nümayəndəsi Kima Avdalyan bildirib. Erməmi mətbuatının yaydığı məlumata görə, Baş nazirə qarşı yönəlmiş hücum çəhdinin hər üç iştirakçısı ölkə vətəndaşıdır. Avdalyan qeyd edib ki, saxlanılanlardan birinə Cinayət Məcəlləsinin xuliqanlıq və dövlət məmurunun qanuni fəaliyyəti ilə bağlı maneə yaratma maddələri üzrə cinayət işi açılıb. Digərinə xuliqanlığa dəstək vermək və vəzifəli şəxsin fəaliyyətinə müdaxilə etmək ittihamı irəli sürülüb. Üçüncü şəxsə isə xuliqanlıq hərəkətini təşkil etmək və dövlət məmurunun qanuni fəaliyyəti ilə bağlı maneələr yaratmaq ittihamı verilib.

Qeyd olunur ki, martın 29-da Daxili İşlər Nazirliyi İrəvanda, Müqəddəs Anna kilsəsində bazar günü ibadətindən sonra üç şəxsin polis tərəfindən saxlandığını açıqlayıb. Hadisə, kilsədən çıxarkən Paşinyana fiziki hücum cəhdi ilə bağlı baş vermişdi.

Erməni mətbuatı yazır ki, Paşinyana qarşı hüxum cəhdinin Rusiya yönümlü qüvvələr tərəfindən təşkil edilməsi versiyası üzərində daha çox dayanılır. Xüsusilə keçmiş prezident Robert Köçəryanın son açıqlamalarından sonra qarşıdan gələn seçki ərəfəsində Rusiya ilə Ermənistan rəhbərliyi arasında gözlənilən görüşü pozmaq meylləri İrəvanda indi daha aktualdır. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bu gün Rusiyaya işgüzar səfəri planlaşdırılıb. Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, səfər çərçivəsində Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Görüş çərçivəsində Rusiya və Ermənistan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətinin və perspektivlərinin, Avrasiya məkanında inteqrasiya əməkdaşlığının, eləcə də regional gündəliyin aktual məsələlərinin, xüsusilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin inkişafının müzakirə edilməsi planlaşdırılır.

Elxan SALAHOV

Oxşar xəbərlər