01.04.2026, 16:06
AZ EN
01.04.2026, 14:20 201

Kəlbəcərdə ilk rəsmi vətəndaş qəbulu keçiriləcək

QARABAĞ
  • İşğaldan sonrakı azadlığının altıncı ilinə qədəm qoyan Kəlbəcərdə ilk dəfə olaraq rəsmi vətəndaş qəbulu keçiriləcək.

"Vətən səsi" xəbər verir ki, "Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin aprel ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli"nə əsasən, Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 24-də Kəlbəcər şəhərində rayon sakinlərini qəbul edəcək. Bununla da həmin nazirliyin adı işğaldan azad olunmuş Kəlbəcərdə rəsmi vətəndaş qəbulu keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi tarixə düşür.  Qəbulda iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən +99410-250-48-48 nömrəsili telefona zəng etmək və “whatsapp” vasitəsilə əlaqə saxlamaqla qeydiyyatdan keçməlidir.

Xatırladaq ki, işğaldan azad olunmuş Kəlbəcərə "Böyük Qayıdış" proqramı çərçivəsində rayon mərkəzinə ilk köç ötən il avqustun 20-nə təsadüf edib. Hazırda yenidən qurulan şəhərin birinci yaşayış məhəlləsində ümumilikdə 135 ailənin qayıdışı təmin edilib. Kəlbəcər şəhərinə qayıdış prosesi mərhələli şəkildə davam etdirilir.

Elxan SALAHOV

Oxşar xəbərlər