"Bakı Abadlıq Xidməti" MMC-dən verilən məlumata görə, "Gilabi ceramics" "Bakı Abadlıq Xidməti" MMC-nin Balaxanıda həyata keçirdiyi ən maraqlı layihələrdən biridir. Laçın düşmən tapdağından azad ediləndən sonra şəhərdə quruculuq-bərpa işləri çərçivəsində "Bakı Abadlıq Xidməti" MMC tərəfindən bu uğurlu mərkəzin Laçın filialı yaradılıb. Davamlı təlimlərdən sonra laçınlı rəssamlar keramika sənətinin sirlərinə yiyələniblər. Bu il sənətkarların əl işləri sayəsində ərsəyə gələn Novruz suvenirləri Laçındakı “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinə gələn turistləri də heyran edib. (AZƏRTAC)