Bu barədə Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin sədri, yazıçı-publisist Nəzakət Əhmədova “Vətən səsi”nə məlumat verib. O, bildirib ki, Şuşa və Laçına olan bu səfərə DAMM-nin birinci vitse- prezidenti Ruhiyyə Poladova, vitse-prezidenti Ramil Məlikov, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva ilə birlikdə çıxıb.
Onlar əvvəlcə Şuşanı ziyarət edib, sonra Laçında bir sıra tədbirlərə qatılıblar.
Nəzakət xanım bildirir ki, onun çox zəngin şəxsi kitabxanası var. Buna görə də kitablarından Laçına aparmağı özünə borc bilib və gələcəkdə də bu işi davam etdirmək niyyətindədir.
N.Əhmədova onu da vurğuladı ki, əməkdaşı olduğu “Yazarlar” jurnalının baş redaktoru, tanınmış şair, yazıçı Zaur Uatac bu işdə daha çox təşəbbüskardır.
Mina RƏŞİD