23.12.2024, 21:29
AZ EN
23.12.2024, 16:30 264

Laçında sakinlərə xidmət etməkdən qürur duyuram

ŞƏRQİ ZƏNGƏZUR
  • Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərimizə köçürülən vərəndaşlarımızdan biri də Rəşad Həsənovdur.

Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq tədbirləri ilə əhatə olunan və hazırda “Azərenerji ASC”-nin əməkdaşı kimi doğma Laçının sakinlərinə xidmət edən Rəşad Həsənov deyir ki, Laçın rayonunda  Laçın sakinlərinin işlə təmin olunması üçün yüksək şərait yaradılıb. Laçın şəhərində peşə hazırlıq kursları keçirilir. Peşə hazırlıq kurslarından sonra sertifikatlar təqdim olunur. Sertifikatlar təqdim olunduqdan sonra isə hər bir şəxs yaşadığı ünvana yaxın  Su elektrik stansiyası və İsti su elektrik stansiyasında işlə təmin olunurlar. Biz Laçın sakinləri olaraq  qürur duyuruq ki, 32 ildən  sonra  öz doğma dədə-baba yurdumuzda ətraf mühitə və təbiətin flora və faunasına zərərli olmayan enerji istehsal edirik. Möhtərəm cənab Prezidentimiz başda olmaqla Azərbaycan ordusuna  təşəkkürümü bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə cansağlığı versin. Biz bu gün öz doğma torpağımızda Laçında sakinlərə xidmət etməkdən qürur duyuruq.

Laçın şəhərinə köçürülən ilk ailələrdən biri bizim ailə olmuşdur. Düzdür, mən Laçını sonradan görsəm də, bu torpağa bağlıyam və bu torpaqlarda çalışıb işləməklə fəxr edirəm.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər