03.08.2025, 09:45
AZ EN
20.03.2024, 17:00 288

Cocuq Mərcanlıda Novruz bayramı münasibətilə konsert olub

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin klub-icma mərkəzində Novruz bayramı münasibətilə şənlik və bayram konserti təşkil olunub.

Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında musiqi əsərləri səsləndirilib.

Novruzun əsas atributları olan Keçəlin duzlu-məzəli zarafatları, Bahar qızın iştirakı şənliyə rəng qatıb. Bayram şənliyi sakinlər tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb

Uşaqların üz boyanması ilə başa çatan tədbir onların bayram əhvali-ruhiyyəsini daha da artırıb, bu günü onlar üçün unudulmaz edib. (AZƏRTAC)

Oxşar xəbərlər