11.11.2024, 16:51
AZ EN
28.12.2023, 13:34 306

Xüsusi nümayəndə: Laçında açılan müəssisələr məşğulluq baxımından çox önəmlidir

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçında açılan müəssisələr məşğulluq baxımından çox önəmlidir.

Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

Xüsusi nümayəndə bildirib ki, bu gün Laçında kreativ yaradıcılıqla bağlı açılışı olan müəssisələrdən gələcəkdə məktəb kimi istifadə olunacaq: "Biz bu gün Laçında bir sıra müəssisələrin açılışını etdik. Hazırda "Gilabi Ceramics" müəssisəsinin açılışındayıq. Bu gün kreativ yaradıcılıqla bağlı açılan müəssisələr çox faydalıdır. Biz buradan gələcəkdə məktəb kimi istifadə edəcəyik. Çünkü bura yerli kadrlar dəvət olunur, işçilər öyrədilir. Turistik potensialı olan bir region kimi bu müəssisə Laçın şəhərini tanıtdırmaq baxımından da çox önəmlidir. Laıçına gələn turistlər bu müəssisədə istehsal edilən əl işlərindən alacaqlar. Bundan əlavə, açılan müəssisələr məşğulluq baxımından da çox vacibdir. Laçın sakinləri burada işlə təmin olunacaqlar. Yaradıcılıq mərkəzinin gələcəkdə satış mərkəzi də təşkil olunacaq. Bundan başqa, Laçında rəssamlıqla bağlı da ideyalarımız olacaq”. (APA)

Oxşar xəbərlər