Bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır. Bu layihə çərçivəsində tədbirdə iştirak edən Ağalı kənd orta məktəbinin şagirdlərinə futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları verilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, AFFA-nın vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev və gənclər və idman nazirinin müavini Mariana Vasileva çıxış edib. Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulub. ("Trend")