Əmlak Məsələləri Dövlət Xidmətindən verilən məlumata görə, bununla yanaşı, aqrokimyəvi analizlər aparmaq məqsədilə 3 577 hektar ərazidən torpaq nümunələri götürülüb.
Qeyd olunur ki, ölkə ərazisində aparılan irimiqyaslı çöl torpaq tədqiqatların işlərinin məqsədi, torpaqların münbitliyinin öyrənilməsi və dövlət mülkiyyətində olan torpaqlardan səmərəli istifadə edilməsidir.
Bundan başqa, torpaqların şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən edilməsi, onlara qarşı mübarizə tədbirlərinin aparılması, torpaqların dövlət qeydiyyatı (kadastrı), iqtisadi qiymətləndirilməsi də əsas prioritetlərdəndir.
2022-ci ilin aprel ayından indiyədək yay və qış otlaqlarında (örüş-otlaq sahələrində) Beyləqan rayonu üzrə 32 208 hektar, Bərdə rayonu üzrə 5 233 hektar, Şəmkir rayonu üzrə 19 056 hektar, Ucar rayonu üzrə 5 067 hektar, Samux rayonu üzrə 26 770 hektar ərazidə çöl torpaq tədqiqatı işləri yerinə yetirilib.
Bu il ərzində daha 4 rayonun ərazisindəki dövlət torpaqlarında çöl torpaq tədqiqatı işlərinin aparılması planlaşdırılır. (APA)