“Biz Laçından ayrı yaşadıq, amma Laçınsız yaşamadıq”- deyən qəhrəmanımız hazırda “Laçın Abadlıq Xidməti” MMC-də sahə rəisi vəzifəsində çalışaraq doğma yurdun abadlaşdırılmasına xidmət edir.
O, deyir ki, Laçın işğal olunanda mənim 20 yaşım var idi. Laçın batalyonunda doyüşçü idim. 30 ildən çox Laçın həsrəti ilə yaşadıq. Bu günlərə şükürlər olsun. Qürur hissi ilə biz bu gün Laçında yaşayırıq. Laçın azad olunan gündən mən Laçındayam. İşlə əlaqədar olaraq Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Onlar məni “Laçın Abadlıq Xidməti”nə yönəltdilər. Burda mənə iş təklif olundu. Bu gün Laçında 9 sahədən ibarət sahələrimiz var. 25 nəfərdən ibarət usta heyətimiz, 54 nəfərdən ibarət ibarət yaşıllaşdırmada çalışan işçilərimiz var. Bu gün bizim işimiz əsasən Laçına qayıdan sakinlərin rahat, firəvan yaşaması üçün onların abadlıq işlərini həyata keçirir, Laçında asudə vaxtlarını səmərəli keçirməkdən ötəri gözəl parklarımızdan istifadə etmək üçün onların ixtiyarına verilmişdir. Biz də bununla əlaqədar bütün yaşıllaşdırma, əkin-biçin işləri bunların hamısını bizim bölməmiz həyata keçirirlər.
Tahirə AĞAMİRZƏ