- İşğaldan azad olunmuş torpaqlarda fəaliyyət göstərən ümumi təhsil müəssisələrində - Laçın şəhəri 2 nömrəli, Ədalət Məmmədov adına Zabux kənd və Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəblərində monitorinq təşkil olunub. Monitorinq IV siniflərdə Azərbaycan dili, riyaziyyat, VI siniflərdə Azərbaycan dili, riyaziyyat, təbiət, IX siniflərdə isə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənlərindən keçirilib.
Monitorinqin təşkilində məqsəd işğaldan azad olunmuş torpaqlarda təhsilin keyfiyyətini və şagirdlərin əldə etdikləri təhsil nəticələrini izləməkdir.
Tahirə AĞAMİRZƏ