- Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə "Böyük Qayıdış" proqramı çərçivəsində vətəndaşların köçürülməsi davam edir. Dövlət tərəfindən yaradılan şərait sayəsində sakinlərin yalnız yaşayışla deyil, həm də məşğulluqla təmin olunması prioritet istiqamətlərdəndir.
Agentliyə müraciət edən və özünüməşğulluq proqramından yararlanan şəxslərdən biri də Ramil Orucovdur. O, bu gün doğma yurdu Zəngilanda “çilingər” zərfi üzrə öz kiçik biznesini qurub və böyük qürurla biznesinə davam edir.
Tahirə AĞAMİRZƏ