25.04.2025, 08:40
AZ EN
20.04.2023, 20:30 320

Rusiya sülhməramlılarına aid avtomobillərin aksiya ərazisindən sərbəst keçidinə şərait yaradılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 130-cu günündə də Rusiya sülhməramlılarına məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.

Bu dəqiqələrdə sülhməramlılara məxsus 15 avtomobilin Laçından Xankəndi istiqamətinə sərbəst hərəkəti təmin edilib. Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 78 avtomobil keçib.

Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.

Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır. ("AZERTAC")

Oxşar xəbərlər