02.08.2025, 13:54
AZ EN
20.12.2023, 11:51 396

Laçında “Araz” supermarket fəaliyyətə başladı

ŞƏRQİ ZƏNGƏZUR
  • İşğaldan azad olunan doğma torpaqlarımıza qayıdışın ardından həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, quruculuq-bərpa işləri aparılır.

“Araz” supermarketlər şəbəkəsi də işğaldan azad olunan ərazilərdə yaşayan əhalini keyfiyyətli məhsullarla fasiləsiz təmin etmək məqsədilə vətənimizin döyünən ürəyi - Qarabağda əhatə dairəsini genişləndirməyə davam edir. Şəbəkəyə məxsus növbəti mağaza işğaldan azad olunan Laçın şəhərində fəaliyyətə başlayıb. Mağazada yüksək keyfiyyətli qida və qeyri-qida məhsulları sərfəli qiymətlərlə müştərilərə təqdim olunur.

Laçında fəaliyyətə başlayan mağaza “Araz”ın Qarabağda açılan sayca 2-ci filialıdır. Supermarketlər şəbəkəsinin Qarabağda ilk filialı isə Şuşa şəhərində fəaliyyətə başlayıb. (Report)

Oxşar xəbərlər