Müsabiqə çərçivəsində Ağalı sakinlərinə məxsus 32 həyətyanı sahəyə baxış olub. “Kaspi” qəzetinin baş redaktoru Vyaçeslav Sapunov, Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, jurnalist Ramilə Qurbanova, dizayner Ləman Əsgərova tərəfindən həyətyanı sahələr 5 meyar üzrə - bağçılıq, quşçuluq, həyətyanı sahənin dizaynı, kreativlik və qarşılamaya görə qiymətləndirilib.
Qiymətləndirmə nəticəsində Ağalı kənd sakinləri İlyas Ağalarov, Fərmayıl İsmayılov 1-ci yer, Umidvar Səlimov, Minayə Mahmudova 2-ci yer, Vəliyəddin Paşayev, Rəhilə Almuradova, Emin Quliyev, Minə Mirzəyeva, Balaoğlan Mirzəyev 3-cü yerə layiq görülüblər. Qaliblərə diplom və hədiyyələr təqdim olunub. Sadalanan meyarlara cavab verən həyətlərə müxtəlif sayda ulduzlar verilib.
Qeyd edək ki, "Ulduzlu ev" müsabiqəsinin hər il keçirilməsi nəzərdə tutulur. (AZƏRTAC)