Uşaqlıqda ailəsi ilə birlikdə tərk etməyə məcbur qaldığı Zəngilan rayonuna yenidən qayıtdıqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən doğma yudda işlə təmin edilən Aysel Hüseynova bildirir ki, mən Zəngilan rayonunun Ağalı kənd sakiniyəm. 2023-cü ilin sentyabr ayında bizə zəng gəldi ki, Ağalı kəndinə köçürülürsünüz: “Biz çox böyük sevinc və qürur hissi ilə bura köçdük. Bura köçəndən sonra mən Məşğulluq Agentliyinə işləmək üçün müraciət etdim. Onlar məni Şərqi Zəngəzur Regional Məşğulluq Filialının Zəngilan rayonunun xidmət şöbəsinə böyük mütəxəssis olaraq işə qəbul etdilər. Burda işləməyə başladım. Eləcə də Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərə köç etmiş vətəndaşların məşğulluğuna dəstək oluram. Onların işlə təmin olunmasına köməklik edirəm. Bu, çox qürurverici hissdir. Bununla bağlı mən Prezidentimizə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə uzun ömür, cansağlığı arzulayıram ki, biz onların sayəsində işğaldan azad olunmuş ərazilərdə nəinki yaşayırıq, həm də buranın inkişaf etməsinə dəstək veririk, həm də fəxrlə çalışırıq”.
Tahirə AĞAMİRZƏ