Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi belə reintroduksiya tədbirlərini bu il də davam etdirməyi planlaşdırır: "Azad edilmiş ərazilərə bezoar keçisi, "Qırmızı kitab" növü olan nəcib maralın da buraxılışı nəzərdə tutulub. İl ərzində hansısa yeniliklər, əlavə heyvan buraxılışı olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Ümumiyyətlə, reintroduksiya edilməsi nəzərdə tutulan fauna növləri düşmən tapdağından xilas edilmiş ərazilərdə vaxtilə mövcud olmuş heyvan və balıq növləridir.
Məqsədimiz işğaldan azad edilmiş ərazilərdə təbii populyasiyanın bərpasına dəstəkdir". (AZƏRTAC)