21.11.2025, 15:44
AZ EN
17.11.2025, 17:42 158

Milli Qəhrəmanın doğma kəndində məzarı bərpa olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Birinci Qarabağ müharibəsinin şəhidi, Milli qəhrəman Kazım Ərşad oğlu Məmmədovun işğaldan azad olunmuş Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində, doğma yurdundakı məzarı bərpa olunub.

Şəhid anasının adından Milli Qəhrəmana qəbirüstü abidə də ucaldılıb.

Qeyd edək ki, Kazım Ərşad oğlu Məmmədov 1 oktyabr 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1991-ci ilin fevralında Cəbrayıl rayon Daxili İşlər Şöbəsində post-patrul xidmətində işə başlayıb və oradan da cəbhəyə yollanıb.

15 noyabr 1991-ci ildə gecə ermənilər böyük qüvvə ilə Xocavənd rayonunun Zamzur kəndinə hücuma keçib. Qüvvələr qeyri-bərabər olduğundan düşmən hər vəchlə sədləri qırmağa çalışır, döyüşçülərimizi geri çəkilməyə məcbur edirdilər. Mühasirə həlqəsi getdikcə daralırdı. Kazım boş evlərdən birini özünə münasib mövqe seçir, ilk atəşlə ermənini yerə sərir. Onun ardınca daha bir neçə yaraqlını məhv edir. Düşmən geri çəkilmək bilmir, getdikcə qüvvələrini cəmləşdirirdi. Güllələr dolu kimi Kazımın üzərinə yağırdı. Kazım isə ölümün gözünə dik baxaraq erməni qəsbkarlarına təslim olmur. Ermənilər daha da azğınlaşaraq binaya od vururlar. Bina alova bürünür.

Kiçik çavuş Kazım Məmmədov qəhrəmancasına şəhadətə ucalır.

Kazım subay idi, 1992-ci ildə ona ölümündən sonra “Milli Qəhrəman” adı verilir. Şəhidimiz Böyük Mərcanlı kəndində dəfn edilib. Oxuduğu məktəbə şəhidin adı verilmiş, təhsil ocağının önündə büstü qoyulmuşdu.

Cəbrayıl rayonu işğalda olduğu müddətdə ermənilər Milli Qəhrəmanın da məzarını dağıtmışdılar.

Hazırladı: Mina RƏŞİD

 

Oxşar xəbərlər