Bunu iyulun 25-də Ağalıya köçən kənd sakini Solmaz Vəliyeva söyləyib.
“Uşaqlar kəndimiz haqqında danışdıqlarımıza nağıl kimi qulaq asırdılar. Bu gün ata yurdumuza övladlarımla birgə gəlmişəm. Səhər Masazırdakı “Zəngilan şəhərciyi”ndən bizi böyük coşqu ilə yola saldılar. Yolboyu çox həyəcanlı idik, kəndə çatmağa səbirsizlənirdik. Nəhayət ki, doğulduğum torpaqda, illərdir həsrətini çəkdiyim kəndimdəyəm. Bu sevinci bizə yaşadanlara minnətdarlığımı bildirirəm. Allah qazilərimizə şəfa versin, şəhidlərə rəhmət eləsin”, – deyə Ağalı sakini deyib.