21.11.2024, 21:25
AZ EN
19.03.2024, 17:19 287

AFAQ layihəsi çərçivəsində Zəngilanda qadın fermerlərə dəstək göstərilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə icra olunan Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) layihəsi çərçivəsində qadın fermerlərlə növbəti görüş Zəngilan rayonunda keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, dəstək tədbirindən Zəngilan rayonunun Ağalı kəndindən olan və layihə mərhələlərini uğurla tamamlayan 14 fermer qadın faydalanıb.

Əvvəlcədən aparılan qiymətləndirmə sorğularına əsasən, 9 qadın fermerin hər birinə təsərrüfatlarının ehtiyacları üzrə 100 toyuq və 3 aylıq yem ehtiyatı verilib, ehtiyac duyulan invertarlarla təmin olunub.

Bundan əlavə, 5 qadının hər birinə 1200 olmaqla, ümumilikdə, 6000 ağac və dekorativ güllərin tingləri verilib. Ağacları yetişdirməkdə əsas məqsəd yeni salınan qəsəbələrin abadlaşdırılması və yaşıllaşdırılmasında istifadə etməkdir.

AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək 330 təsərrüfatın qiymətləndirilməsi aparılıb, tələblərə cavab verən 473 fermerə təlimlər keçirilib. Ümumilikdə, 20 region üzrə 233 qadına müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. (AZƏRTAC)

Oxşar xəbərlər