Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən verilən məlumata görə, səfiri Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və Xidmətin əməkdaşları müşayiət ediblər.
Səfər çərçivəsində Fergus Auld Laçın şəhərində fəaliyyət göstərən “Zerti” Aqrosənaye Parkında təşkil olunan “Həftə bazarı” yarmarkası, “Hoçazfilm” kinostudiyası, “Yurd” qalereyası və “Gilabi Ceramics” mərkəzi ilə tanış olub.
Səfir göstərilən yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. (AZƏRTAC)