17.03.2026, 14:30
AZ EN
17.03.2026, 12:56 154

Horovlu kəndində yenidən əmək yarmarkası keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Horovlu kəndində növbəti əmək yarmarkası keçiriləcək.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, aktiv məşğulluq tədbiri martın 18-i, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayılın Horovlu kəndində yerləşən inzibati ofisində təşkil olunacaq.

Yarmarkada hörgüçü, rəngsaz, elektrik köməkçisi, yol mühəndisi, üzlükçü, sürücü, qaynaqçı və s. üzrə vakansiyalar təqdim olunacaq.

Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.

Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. (Report)

Oxşar xəbərlər