Bunu Zəngilanın Ağalı kəndinin sakini Vüqar Kərimli bildirib.
Azad olunan ərazilərdə ilk dəfədir prezident seçkilərinin keçiriləcəyini xatırladan Ağalı sakini deyib: “30 il yurd həsrəti ilə yaşadıq, doğma elimizdən uzaq düşdük. Amma indi qalib ölkənin qalib vətəndaşları olaraq doğma yurdumuzdayıq və tarixi günləri, bayram günlərini öz kəndimizdə qarşılayırıq. Məcburi köçkün olduğumuz dövrlərdə də seçkilərdə, səsvermədə iştirak etmişik. Amma o zaman məcburi köçkün idik, hər kəs məskunlaşdığı ərazidə səs verirdi. İnanırdım ki, gün gələcək bu seçkilər işğaldan azad olunan yurd yerlərimizdə də keçiriləcək. İndi arzum gerçək olub. Mən də digər Ağalı sakinləri kimi, doğma kəndimizdə səsvermədə iştirak edəcəyim üçün çox xoşbəxtəm. Bizlərə bu tarixi günləri nəsib edən şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə şəfa arzulayıram”. (AZƏRTAC)