Zəngilanın təbiəti ilin hər fəslində gözəldir. Payızda isə bir başqa olur. Sarı-qırmızı rənglərin palitrası onun görünüşünü daha heyranedici edir. Yağış yağır, xəzan yelləri əsib göylərə ucalan palıdların qızılı yarpaqlarını yerə tökür, axan çayların, bulaqların şırıltısı sanki “payız romansı”nı zümzümə edir, təkrarsız payız lövhələri isə könül oxşayır.
Zəngilandan payız görüntülərini təqdim edirik. (AZƏRTAC)