Bu sözləri müsahibəsində Ağalıya köçən kənd sakini Maisə Əliyeva deyib.
“Övladlarımız bu torpaqları görməsələr də, daim onlara bu yerlərin gözəlliyi, bizim üçün hansı dəyərə malik olması barədə danışırdıq. Doğma yurdumuza qayıtmağı övladlarımız da səbirsizliklə gözləyirdilər. Biz burada gözəl, rahat evlərlə, hər cür şəraitlə təmin olunmuşuq. Buna görə Prezidentimizə təşəkkür edirik”, - deyə o qeyd edib.