17.06.2025, 10:51
AZ EN
01.06.2024, 11:32 422

Cocuq Mərcanlıda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri və "Oyuq" Uşaq Teatrının yetirmələri maraqlı proqramla çıxış ediblər.

Teatrın repertuarındakı “Cırtdan” və “Qırmızıpapaq” tamaşalarından səhnəciklər, eləcə də istedadlı balaca ifaçıların təqdimatında vətənpərvər ruhlu nəğmələr balacalara xoş anlar bəxş edib. Böyük coşqu ilə keçən tədbirdə balacalara hədiyyələr paylanılıb. (AZƏRTAC)

Oxşar xəbərlər