27.07.2024, 14:12
AZ EN
08.12.2022, 14:41 509

Cəbrayıl sakinləri üçün maarifləndirici tədbir keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayon icra hakimiyyətinin dəstəyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının təşkilatçılığı ilə dünən “İcbari tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva çıxış edərək bildirib ki, ölkə rəhbərliyi tərəfindən həyata keçirilən islahatlar, ayrı-ayrı dövlət proqramlarının uğurlu icrasının nəticəsidir ki, bu gün respublikamızın səhiyyə sistemində mühüm dəyişikliklər əldə olunub. F.İbayeva həmçinin çıxışında ölkənin səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqinin tibb xidmətlərini vətəndaşlar üçün əlçatan etmək, əhalinin sağlamlığı ilə bağlı maliyyə risklərindən qorumaq və səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla təmin etməklə bağlı olduğunu bildirib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Cəlilabad filialının rəhbəri İlqar Qurbanov çıxış edərək İcbari Tibbi Sığorta haqqında ətraflı məlumat verib və sakinlərin suallarını cavablandırıb.

Mina RƏŞİD

Oxşar xəbərlər