22.01.2026, 14:16
AZ EN
19.12.2025, 17:19 126

Fəxr edirəm ki, laçınlıyam...

ŞƏRQİ ZƏNGƏZUR
  • Ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz, güclü iradəsi, yenilməz Ordumuzun və xalqın birliyi ilə işğaldan azad edilmiş torpaqlarımızda indi başqa ab-hava hökm sürür. Quruculuq işləri elə sürətlə aparılır ki, artıq insanlar doğma torpaqlarına qayıdır. Yurduna qayıdan insanlar bəzən sevinclərini ifadə etməyə söz tapmırlar, onların üzü gülür, illərlə yol gözləyən gözlərinə işıq gəlir. Adı dastana dönən, dağlar qoynundakı canlı əfsanə olan Lçın da öz sakinlərini qarşılayır.

Doğma ocağına qayıtmış bir qrup Laçın sakini bu günlərdə Baku TV-yə öz ürək sözlərini belə söyləyiblər.

Laçın sakini Qərib Səlimov deyir ki, Laçın bizim canımız, havamız, suyumuz, nəfəsimiz, Laçın bizim hər şeyimizdi... Bizə bu gözəl günləri bəxş edən şəhidlərimizin qarşısında baş əyirik. Onlara Allahdan rəhmət diləyirik. Deyir,

Sən torpaqdan yapış, ordadı qüvvət,

Göylərdə gördüyün o zövq, o sənət,

İnsan xəyalının sonsuz yoludu,

İnsan bu torpağın, suyun oğludu! 

“Mən 45 il burda yaşayıb getmişəm, indi 78 yaşım var. Laçının dağlarına baxıram, elə bilirəm onların hər biri bir tarixi abidədir...

Laçın sakini Mahir Abbasov 3 ildi Laçında yaşayır. O, burada quruculuq işində Laçına öz töhfəsini verir. Deyir ki, Laçını yenidən qurub-yaratmaqdan gözəl nə ola bilər ki... Mən bu quruculuq işlərində əlimdən gələni edirəm.

Laçın sakini Sədaqət Əsgərovanın da sevinci yerə-göyə sığmır. Deyir ki, 30 ildi düşmən tapdağında qalan Laçın indi o gözəl şəhərlərdən seçilmir. Doğmalarımın 17 nəfəri torpaqlarımız uğrunda şəhid olub. Mən fəxr edirəm ki, laçınlıyam, gözəl yaşayırıq və yenə yaşayacağıq. Uşaqlarımıza, nəvələrimizə də vəsiyyət edirik ki, bura bizim torpağımızdı...

Mina RƏŞİD

Oxşar xəbərlər