22.11.2024, 08:27
AZ EN
22.02.2024, 15:35 234

Laçında yeni təsərrüfat sahələri yaradılıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçında Zerti Aqro-Sənaye Parkında yem istehsalı, həmçinin göyərti və pomidor becərilməsi üçün konteyner tipli təsərrüfatlar yaradılıb. Bu təsərrüfatlarda 10 nəfər Laçın sakini çalışır.

“Bakı Abadlıq Xidməti” MMC-nin təşəbbüsü ilə sözügedən təsərrüfatların fəaliyyəti üçün 16 ədəd konteyner quraşdırılıb. Bunlardan 7-si göyərti və tərəvəzlərin becərilib saxlanılması üçündür. Belə ki, 4 konteynerdə cəfəri, nanə, reyhan, kahı və digər göyərtilər yetişdirilir. Həmçinin 1 konteynerdə pomidor bitkisi becərilir və il ərzində 50-60 ton məhsul əldə etmək mümkündür. Ərazidə olan daha iki konteyner isə məhsulların saxlanılması üçün soyuq anbar rolunu oynayır.

Laçında heyvandarlığın inkişafı üçün sağlam yem istehsalı müəssisəsi də yaradılıb. Burada 9 konteyner var. Konteynerlərdə suda arpa və buğda bitkisi saxlanılır, 2-3 həftə ərzində cücərdikdən sonra ondan yem əldə olunur. Bu təsərüffat hesabına ildə 500 ton sağlam yem istehsal etmək mümkündür. Bu cür yem heyvandarlıqda süd, toyuq təsərrüffatında isə yumurta verimliliyinə müsbət təsir göstərir.

Qeyd edək ki, təkcə Zerti Aqro-Sənaye parkında 10-a yaxın müəssisə fəaliyyət göstərir. Həmin müəssisələrdə 250-yə yaxın işçi çalışır ki, onlar da laçınlılardır. Aqro-Sənaye Parkında gələcəkdə bütün müəssisələrin fəaliyyətə başlaması ilə 1200 iş yerinin açılması gözlənilir. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR