22.11.2024, 00:55
AZ EN
07.09.2022, 17:32 341

Ağalıda yaşıllaşdırma xidmətinin əməkdaşı: Əl-ələ verib, birlikdə çalışıb gözəl torpaqlarımızı yaşıllaşdırırıq

ŞƏRQİ ZƏNGƏZUR
  • Sentyabrın 19-da burada olmağımızın iki ayı tamam olacaq. Buraya qayıdan 41 ailədən biriyik. Bu gün də 10 ailə gəlib, hər biri qardaş-bacılarımızdır. Ağalıda olmaq çox gözəldir, özümü yenidən anadan olmuş kimi hiss edirəm.

Bu sözləri Zəngilan rayonunun Ağalı kənd sakini, yaşıllaşdırma xidmətinin əməkdaşı Məmmədov Qədir deyib.

“Burada yaşaya bilməyimizin səbəbkarı olan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Bizi 30 il həsrətində olduğumuz torpaqlara qovuşdurduğu üçün Ali Baş Komandanımız İlham Əliyevə də dərin minnətdarlığımızı bildiririk. Mən buradan çıxanda 27 yaşım var idi, indi isə 57-dir. Kəndimizdə yaşıllaşdırma işləri ilə məşğul oluram. Əl-ələ verib, birlikdə çalışıb gözəl torpaqlarımızı yaşıllaşdırırıq”, - deyə Q.Məmmədov vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər