22.11.2024, 01:47
AZ EN
01.11.2023, 09:22 217

Tələbələr Cəbrayıl və Zəngilanda aparılan tikinti-quruculuq işləri ilə tanış olublar

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

Səfər Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti və ali məktəb arasında imzalanmış memorandumda nəzərdə tutulan fəaliyyətlər çərçivəsində təşkil edilib.

Səfərin əsas məqsədi universitetin Memarlıq və İnşaat fakültələrində təhsil alan tələbələri işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış etmək və onları gələcək iş həyatına hazırlamaqdır. Eyni zamanda, tələbələrin bilik və bacarıqlarının artırılmasına, eləcə də peşəkar mühəndislərin hazırlanmasına töhfə vermək və tikinti prosesini əyani göstərməkdir.

Belə ki, tələbələrin ilk getdiyi ünvan Cəbrayıl rayonunun Horovlu kəndi olub. Burada onlar tamamilə yenidən qurulan kəndin layihəsi ilə tanış olublar. Həmçinin, onlara kəhrizlərin bərpası prosesi haqqında ətraflı məlumat verilib.

Daha sonra, “Böyük Qayıdışın” ilk ünvanı olan Ağalı kəndinə gedən tələbələr, “Ağıllı” kənddə yaradılan şəraitlə tanış olublar. Onlar həmçinin yenicə istifadəyə verilən Zəngilan Konqres Mərkəzi Kompleksinə də baş çəkiblər. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR