17.03.2026, 13:42
AZ EN
17.03.2026, 11:17 37

Bu gün qəhrəman şəhidimiz Vüsal Həsənovun doğum günüdür

XƏBƏRLƏR
  • 2020-ci il Azərbaycan tarixində ən yadda qalan il oldu.  Qarabağ torpağını azadlığa qovuşduran neçə-neçə cəsur, mərd qəhrəman oğullarımız müqəddəs şəhidlik məqamına yüksəldi bu ildə. Vüsal Bayramov da bu qəhrəmanlardan biridir.

Vüsal hələ uşaq ikən Vətən sevgisini atasından öyrənmişdi. Müharibə onun atasını əlindən alsa da, həm də Vüsalı mətinləşdirmişdi.  Atası Bayram Aloş oğlu Həsənov Birinci Qarabağ müharibəsi şəhididir. 

Anasının himayəsində böyüyən Vüsal atasının və digər şəhidlərimizin qisasını almaq arzusu ilə yaşayırdı.

Vüsal Bayram oğlu Həsənov 1986-cı il martın 17-də Göygöl rayonunda dünyaya gəlib. O, 2010-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı könüllü olaraq döyüşə yollanıb. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Xankəndi şəhəri istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Vüsal Həsənov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!

Ailəli idi, şəhid övladı Vüsalın 2 övladı Vətənə əmanət qalıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər