Kitabın müəllifi Coğrafi fikir tarixi və toponimika şöbəsinin böyük elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Natiq Babayev, baş redaktoru institutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov, elmi redaktoru, adı çəkilən şöbənin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.
Beş fəsildən ibarət monoqrafiyada Şərqi Zəngəzurun tarixi ərazilərindəki yaşayış məntəqə adları araşdırılıb. Əsərin birinci fəslində Şərqi Zəngəzur oykonimlərinin öyrənilməsinin yaranma xüsusiyyətləri fundamental şəkildə şərh edilib, mənşəyi, nəzəri-metodik əsasları önə çəkilib. İkinci və üçüncü fəsillərdə xalq coğrafi terminlər, eləcə də qədim türk mənşəli terminlər vasitəsilə yaranmış oykonimlərin araşdırılmasına üstünlük verilib. Dörd və beşinci fəsillərdə isə Şərqi Zəngəzur ərazisində xalqın daha qədim tarixi ilə bağlı olan tipinin - etnotoponimlərin hərtərəfli öyrənilmə sahəsində, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirən uğurlu tədqiqat işi aparılıb.
Kitab tədqiqatçılar, müəllim və tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulur. (AZƏRTAC)