24.04.2025, 20:02
AZ EN
25.06.2023, 20:30 262

Siyəzənin qəhrəman oğlu

XƏBƏRLƏR

Ağalar Ramin oğlu Həsənov 9 sentyabr 2001-ci ildə Siyəzən rayonunda anadan olmuşdur. O, Siyəzən rayon, Yenikənd kənd orta məktəbində təhsil almışdır. Məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Vətən müharibəsi başlayanda Ağalar əsgər kimi döyüşlərə qoşulmuşdur. O, Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli və Cəbrayıl istiqamətində uğurlu döyüş əməliyyatlarında fəallıq göstərmişdir. 31 oktyabr 2020-ci ildə Füzuli rayonunda yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ona "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları verilmişdir. Qazimiz III dərəcəli əlildir.

İsa Musayev

Oxşar xəbərlər