26 dekabr 2025-ci il tarixində Bakı şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan folkloru: problemlər və perspektivlər” mövzusunda II Respublika elmi-praktik konfransı keçiriləcək.
Konfransın əsas məqsədi Qərbi Azərbaycanın zəngin folklor irsinin elmi əsaslarla araşdırılması, mövcud problemlərin müzakirəsi və gələcək tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsidir. Plenar iclasla başlayan tədbir “Dərələyəz”, “Göyçə”, “Ağbaba”, “Dərəçiçək”, “Zəngibasar”, “Vedibasar” və “Qırxbulaq” adlı oturumlarda davam edəcək.
Panel iclaslarında təqdim ediləcək məruzələrdə əsasən Qərbi Azərbaycan folklorunun janr müxtəlifliyi, regional xüsusiyyətləri, toplanması, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi məsələləri müzakirə ediləcək. Tədbir, eyni zamanda, bu sahədə çalışan mütəxəssislərin bir araya gəlməsi, təcrübə və məlumat mübadiləsi baxımından da əhəmiyyətlidir.
Tahirə AĞAMİRZƏ