16.06.2025, 18:24
AZ EN
06.04.2025, 09:34 161

Cəbrayıl və Laçında növbəti əmək yarmarkaları keçiriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl, Qubadlı, Zəngilan və Laçın rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Cəbrayıl və Laçın rayonlarında növbəti əmək yarmarkaları keçirəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkalar aprelin 8-də saat 11:00-da Cəbrayılda M.Mehdizadə adına tam orta məktəbdə, aprelin 9-da saat 11:00-da Laçında Seyrangah ərazisində təşkil ediləcək.

Yarmarkaların hər birində 10-dan çox işəgötürən tərəfindən 100-dən çox vakansiya (o cümlədən elektrik mühəndisi, departament müdiri, şöbə müdiri, böyük məsləhətçi, mühasib, anbardar, kassir, satıcı, çilingər, bənna, rəngsaz, aşbaz, nəzarətçi, santexnik, qazpaylayıcı stansiyada operator və s.) təqdim olunacaq.

Tədbirdə iştirak edən sakinlərə vakansiyalar və iş öhdəlikləri barədə məlumat veriləcək, uyğun namizədlərin qeydiyyatı aparılacaq. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR