21.11.2024, 16:28
AZ EN
07.02.2024, 14:15 303

Zəngilanın Alıbəyli kəndində seçkinin gedişatını 11 müşahidəçi izləyir

ŞƏRQİ ZƏNGƏZUR
  • 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan ərazilərdəki məntəqələrdə günorta saatları olmasına baxmayaraq fəallıq müşahidə edilir.

Zəngilan rayonunda seçkilərin keçirildiyi məntəqələrdən biri də Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsidir. Seçki məntəqəsinin sədri Gülnaz Mahmudova bildirib ki, məntəqə üzrə ümumilikdə 615 seçici qeydə alınıb və seçicilər Zəngilan rayonu ərazisində çalışan işçilərdir. Məntəqədə seçkinin gedişatını izləyən 11 müşahidəçi var.

61 saylı seçki məntəqəsində səs verənlərdən biri də Hacıqabul rayon sakini Heybət Rzazadədir. O, ilk dəfə səsvermə hüququndan işğaldan azad olunan ərazilərdə istifadə etdiyi üçün özünü qürurlu sayır.

“Hər bir azərbaycanlı kimi mən də səsvermədə iştirak edirəm. Mənim üçün bu gün çox əlamətdardır. Çünki işimlə əlaqədar olaraq Zəngilandayam və ilk səsvermə hüququmdan da məhz işğaldan azad olunan ərazilərdə istifadə etdim. Bizlərə belə tarixi anları yaşadan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram”, - deyə o bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər