5-7 aprel 2023-cü il tarixlərində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə və Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Cavad Cabbarov Zəngilan rayonunun Ağalı kəndinə ezam olunub.
Ezamiyyə müddətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşları tərəfindən Ağalı kənd sakinləri üçün Ümumdünya Sağlamlıq Gününə həsr edilmiş "İlan, əqrəb və həşarat dişləmələri və müxtəlif zədələnmələr zamanı ilk yardım" mövzusunda təlim keçirilib.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin birgə əməkdaşlığı ilə həyata keçirilmiş təlimlərin ilk günü Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan Rayonlarına Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Aqil Qurbanov salamlama nitqi ilə çıxış edərək mövzunun yerli sakinlər üçün olduqca aktual əhəmiyyətə malik olduğunu vurğulayıb və hərkəsi təlimlərdə aktiv iştiraka dəvət edib.
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin İnsan Resursları şöbəsinin müdiri Samirə Həsənovanın, əməkdaşı Aydan Hacıyevanın və müxtəlif ixtisaslı mütəxəssislərinin, o cümlədən müəllimlərin, məktəblilərin, tibb işçilərinin və ümumilikdə Ağalı kən sakinlərinin iştirak etdiyi təlimdə Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev "İlan, əqrəb və həşərat dişləmələri zamanı ilk yardım" və Mərkəzi Gömrük Hospitalının təcili yardım həkimi Cavad Cabbarov "İlk yardım-Təməl həyat dəstəyi" mövzusunda təqdimatla çıxış ediblər, nəzəri və praktiki məlumatlar paylaşıblar.
Təlimin sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb və təlim xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb. (Trend)