Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı 7 tibbi xidmət üzrə peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 360 Laçın rayon sakininə tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Ölkəmizin dağ və dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi üzvlərin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir. (Report)