16.06.2025, 22:06
AZ EN
04.04.2025, 15:10 253

Cəbrayılda partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə tədbiri təşkil edilib

ŞƏRQİ ZƏNGƏZUR
  • 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə Cəbrayılda maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə tədbiri Cəbrayıl Şəhər Mehdi Mehdizadə adına məktəbdə təşkil olunub.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən keçirilən partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici görüşdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində fəaliyyət göstərən dövlət və özəl qurumların əməkdaşları iştirak ediblər.

Tədbirdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumatlar verilib. Həmçinin işçi heyətinə təhlükəsizlik qaydalarına riayət etməklə bağlı daha nizam-intizamlı, məsuliyyətli və sayıq olmağa dair çağırışlar edilib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR